DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhərində avtomaşın hissələri oğurlamış qrupun üzvləri tutulmuşlar

15.02.2008

Fevralın 14-nə keçən gecə Gəncə şəhər sakinləri Şahin Hüseynova məxsus "Niva" markalı avtomaşından 1 ədəd maqnitofon, Fəxrəddin Rəhimova məxsus "VAZ-2106" markalı avtomaşından 1 ədəd akkumlyator, Xalıq Zöhrabova məxsus "QAZ-31029" markalı avtomaşından 1 ədəd təkər, Yalçın Abdullayevə məxsus "QAZ-3110" markalı avtomaşından 1 ədəd təkər, Sahib Qəhrəmanova məxsus "VAZ-2107" markalı avtomaşından 1 ədəd təkər, Heydər Hacıyevə məxsus "M-412" markalı avtomaşından 1 ədəd maqnitofon və Fuad Əliyevə məxsus "QAZ-31029" markalı avtomaşından 1 ədəd maqnitofon və 1 ədəd təkər oğurlanmışdır. Kəpəz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətmiş Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Osman Həsənov, Seymur Nəbiyev və Nizami Qəhrəmanov tutulmuşlar.