Sumqayıt şəhəri ərazisində yerləşən tam orta məktəblərin birindən oğurluq törətməkdə şübhəli bilinən şəhər sakini K.Səfərəliyev saxlanılmışdır
17.06.2020Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 16-da şəhər ərazisində yerləşən tam orta məktəblərin birindən televizor, noutbuk, 2 ədəd proyektor, mobil telefon, 2 ədəd modem, televizor altlığı, müşahidə kamerasının yaddaş kartı, 3 ədəd mikrofon və mühafizə xidmətinin çağırış siqnal aparatını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş K.Səfərəliyev saxlanılmışdır.