Sumqayıt şəhərində idarə etdiyi avtomobillə şəhər sakini M.Hüseynovu vuraraq hadisə yerindən yayınmış sürücü F.Əliyev saxlanılmışdır
13.06.2020İyunun 12-də saat 20 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Məzahir Hüseynov vurulmuş və o, xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “Hyundai” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini F.Əliyev müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.