Şirvan şəhərində yaşayan İ.Xudaverdiyevə qarşı quldurluq törətməkdə şübhəli bilinən bir qrup şəhər sakini saxlanılmışdır
13.06.2020İyunun 10-da Şirvan şəhərində yaşayan İ.Xudaverdiyevin evinə gəlmiş 2 maskalı şəxsin onu döyərək 2000 manat pulunu götürüb getmələri barədə Şirvan ŞPŞ-yə məlumat daxil olmuşdur.
Faktla əlaqədar cinayət işi başlanmışdır.
Baş Cinayət Axtarışı İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şirvan sakinləri B.Baxşıyev, E.Əhmədov və R.Məmmədov saxlanılmışlar.