Yardımlı rayon sakini V.Kazımovun yaşadığı evin həyətindən 6 kiloqrama yaxın heroin götürülmüşdür
13.06.2020Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat–axtarış tədbiri nəticəsində Yardımlı rayonunun Gendərə kənd sakini, əvvəllər məhkum olunmuş V.Kazımovun yaşadığı evin həyətindən çəkisi 5 kiloqram 830 qram olan heroin götürülmüşdür.