DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

15.02.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Binəqədi RPİ 4-cü PB əməkdaşları Novxanı qəsəbə sakini Zaur Zeynalovdan 0,268 qram heroin, Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini Valeh Əsgərovdan 1,7094 qram heroin, 26-cı PB əməkdaşları Bakı şəhər sakinləri Qurban İbadovdan 0,268 qram və Hüseynbala Rzayevdən 0,245 qram heroin, Suraxanı RPİ 33-cü PB əməkdaşları Yeni Günəşli qəsəbə sakini İlqar Quliyevdən 0,455 qram heroin, Xətai RPİ 36-cı PB əməkdaşları Bakı şəhər sakini İbrahim Hüseynovdan 1,88 qram həşiş, Siyəzən RPŞ əməkdaşları rayon sakinləri Seyfulla Fətəliyevdən 14,43 qram və Ceyhun Bəşirovdan 4,67 qram marixuana, Masallı RPŞ əməkdaşları rayon sakini Cəlal Həsənovdan 0,130 qram heroin, Abşeron RPŞ əməkdaşları Novxanı kənd sakini Kamal Nəcəfovdan 0,229 qram heroin götürmüşlər, Mingəçevir ŞPŞ əməkdaşları şəhər sakini Seymur Qurbanovdan 0,2 qram heroin götürmüşlər, narkotik vasitəni ona satmış həmyerlisi Binnət Əliyev isə tutulmuşdur.