Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Abbasov saxlanılmışdır
03.06.2020İyunun 3-də saat 18 radələrində Nəsimi rayonu ərazisində xətt avtobuslarının birində Abşeron rayon sakini olan yeniyetmə qızın çantasından mobil telefonunu açıq talama yolu ilə götürən şəxs avtobusdan düşərək qaçmışdır. Bu zaman ərazidə xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları həmin şəxsi təqib edərək saxlamışlar. Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Abbasov maddi sübut – telefonla birgə 19-cu Polis Şöbəsinə təhvil verilmişdir.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.