Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini E.Məmmədov saxlanılmışdır
03.06.2020İyunun 1-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən Bakı şəhər sakini R.Şahverdizadəyə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə 10-cu Polis Bölməsinə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil iyunun 2-də Xırdalan şəhəri ərazisində aşkar edilmiş və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılmışdır.