Sumqayıt şəhər sakini Y.Zeynallını aldadaraq pulunu almaqda şübhəli bilinən Q.Kərimov saxlanılmışdır
01.06.2020Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 28-də şəhər sakini Y.Zeynallını aldadaraq 60 manatını almaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş Q.Kərimov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun şəhər ərazisində 3 avtomobildən pul, ətir və tütün məmulatı oğurlaması da müəyyən edilmişdir.