Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini R.İsgəndərovun 650 manatını və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən şəxslər saxlanılmışlar

21.05.2020

Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 20-də Bakı şəhər sakini R.İsgəndərovun 650 manatını və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Beyləqan rayon sakini C.Nağıyev, Zəngilan rayon sakini Ş.İsazadə, Şirvan şəhər sakini R.Mirzəyev və Füzuli rayon sakini R.Həsənov saxlanılmışlar.

R.Mirzəyevin ətrafında aparılmış tədbirlərlə onun “Hyundai” markalı avtomobilindən qundağı kəsilmiş tüfəng, 2 ədəd patron, 1 ədəd kustar üsulla hazırlanmış bıçaq və 1 ədəd balta aşkar edilərək götürülmüşdür.