Gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılmışdır
12.05.2020Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılmışdır.