Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini O.Həsənova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən T.Yusubov və Z.Abbasov saxlanılmışlar

11.05.2020

Mayın 10-da Yasamal rayonu ərazisində 3 nəfərin Bakı şəhər sakini O.Həsənovla mübahisə etməsi və onlardan birinin O.Həsənovun çiyin nahiyəsinə bıçaqla xəsarət yetirərək 20 manat pulunu alması barədə 28-ci Polis Bölməsinə məlumat daxil olmuşdur. O.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.

Dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinənlər - paytaxt sakinləri T.Yusubov və Z.Abbasov saxlanılmışlar.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.