Goranboy rayonunun Goran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
08.05.2020Mayın 8-də saat 17 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı B.Giorgi idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən Tərtər rayon sakini Şahnaz Baxşəliyevanı vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.