Yevlax şəhərində münaqişə zəminində bir nəfərə bıçaqla ölümcül xəsarət yetirmiş R.Dərvişov polis əməkdaşları tərəfindən saxlanılmışdır
06.05.2020Mayın 6-da Yevlax şəhərində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Dərvişovun münaqişə zəminində Ceyhun Seyidova qarın nahiyəsindən bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməsi barədə RPŞ-yə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Xəsarətlə xəstəxanaya yerləşdirilmiş C.Seyidov orada ölmüşdür.Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Dərvişov polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.Araşdırma aparılır.