Gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılmışdır
03.05.2020Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılmışdır.
- Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunmuşdur.
- Axtarışda olduğuna görə ümumilikdə 27 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılmışdır.