Bakı şəhərinin Nizami rayonu ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini R.Mikayılov avtomobillə birgə saxlanılmışdır
19.04.2020Nizami RPİ-nin 23-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini M.İsmayılov aprelin 19-da rayon ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mikayılov Xətai rayonu ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.