Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində yol-nəqliyyat hadisəsi
16.04.2020Aprelin 16-da saat 8 radələrində Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində şəhər sakini Fəxri Əlizadənin idarə etdiyi “Mercedes” və Mingəçevir şəhər sakini K.Bəşirovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Nəticədə F.Əlizadə hadisə yerində ölmüş, digər sürücü xəstəxanaya yerləşdirilmişdir.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.