Lənkəran şəhər sakini Nurlan Nəzərovu hədələyərək mobil telefonunu ondan almış İsa Təhməzov tutulmuşdur
08.02.2008Fevralın 6-da Bakı Dəmir Yolu Vağzalının ərazisində naməlum şəxs Lənkəran şəhər sakini Nurlan Nəzərovu hədələyərək mobil telefonunu ondan almışdır. DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləcəri qəsəbə sakini İsa Təhməzov tutulmuşdur.