DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

08.02.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Suraxanı RPİ 31-ci PB əməkdaşları Bülbülə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əli Nəcəfovdan 0,229 qram heroin, Nəsimi RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi İslamovdan 579,7 qram tiryək, Nərimanov RPİ 16-cı PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rüfət Həsənovdan 0,258 qram heroin, Xətai RPİ 37-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Mehrəliyevdən 0,43 qram heroin, Sumqayıt ŞPİ əməkdaşları H.Z.Tağıyev qəsəbə sakini Aydın Əliosmanovdan 1,049 qram heroin, Abşeron RPŞ əməkdaşları Xırdalan şəhər sakini Qulu Quliyevdən 0,256 qram heroin, Salyan RPŞ əməkdaşları rayon sakini Vətən Nurəliyevdən 1,047 qram heroin və Yusif Ələkbərovdan 0,998 qram heroin, Ağcabədi RPŞ əməkdaşları Aşağı Avşar kənd sakini, əvvəllər məhkum olunmuş Ümüdvar Nağıyevdən 0,186 qram heroin götürmüşlər, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Fərid Əhmədovdan 0,22 qram heroin götürülmüş, narkotik vasitəni ona satmış Yevlax rayon sakini Nazim Əliyev tutulmuşdur.