Şabran rayonunun Hacıqaraqaşlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
10.04.2020Aprelin 10-da saat 22 radələrində Şabran rayonunun Hacıqaraqaşlı kəndi ərazisində şəhər sakini B.Şahverdiyev idarə etdiyi “KİA” markalı avtomobili yolun kənarındakı kanala aşırmışdır. Nəticədə avtomobildəki sərnişinlər - rayon sakinləri Vüsal Zəkiyev, Elnur Babayev və onun qardaşı Cəlal hadisə yerində ölmüş, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Şabran RPŞ tərəfindən araşdırma aparılır.