Paytaxtın Nizami rayonu ərazisindəki orta məktəblərdən birinin sinif otağından proyektor oğurlamaqda şübhəli bilinən F.İdrisov saxlanılmışdır
10.04.2020Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki orta məktəblərin birinin sinif otağından 748 manat dəyərində proyektor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.İdrisov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun digər bir orta məktəbdən 1 ədəd proyektor və 2 ədəd noutbuk oğurlaması da müəyyən edilmişdir.