Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Əmircanov saxlanılmışdır
09.04.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Əmircanov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 25 qramdan artıq tiryək və 6 qramdan artıq marixuana götürülmüşdür.
Ətrafında aparılmış tədbirlərlə onun Səbail rayonu ərazisindəki mənzilindən 295 qrama yaxın tiryək, 3 kiloqram 785 qram marixuana və “”Reck Perfecta” markalı qaz tapançası aşkar ediliərək götürülmüşdür.