Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zaqatala şəhər sakini E.Cavadzadədən şəxsi axtarış zamanı ümumi çəkisi 350 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür

08.04.2020

Koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilmiş xüsusi karantin rejimi müddətində Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini E.Cavadzadənin sənədləri yoxlanılarkən onun rejim qaydalarını pozaraq icazəsiz çölə çıxdığı müəyyən edilmişdir. Barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən E.Cavadzadənin narkotik vasitə daşımasına əsaslı şübhələr müəyyən edildiyindən o, Polis Şöbəsinə gətirilmişdir.

Şəxsi axtarış zamanı ondan 1 ədəd sellofan torbada ümumi çəkisi 350 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Faktla bağlı araşdırma aparılır.