Piyadanın xəsarət alması ilə nəticələnən YNH-ni törədərək hadisə yerindən yayınmış avtobus sürücüsü E.Məstiyev saxlanılmışdır
06.04.2020Aprelin 6-da saat 20 radələrində Xətai rayonunun Zığ Yolu küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini G.Eminova vurulmuşdur. Piyada xəstəxanaya yerləşdirilmişdir.
Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmış “İsuzu” markalı xətt avtobusunun sürücüsü, paytaxt sakini E.Məstiyev saxlanılmışdır.
Xətai RPİ tərəfindən araşdırma aparılır.