Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Bayramov saxlanılmışdır
04.04.2020Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar-mart aylarında Buzovna qəsəbəsindəki marketlərin birindən 1600 manat dəyərində spirtli içki oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Bayramov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülmüşdür.