Nardaran qəsəbə sakini V.Babayevə məxsus bağ evindən lüləsi və qundağı kəsilmiş tüfəng aşkar edilərək götürülmüşdür
04.04.2020Daxil olmuş məlumat əsasında Sabunçu RPİ 42-ci PB əməkdaşlarının Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Babayevə məxsus bağ evinin həyətində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş qardaşı tərəfindən gizlədilmiş lüləsi və qundağı kəsilmiş “Toz-B” markalı tüfəng aşkar edilərək götürülmüşdür.