Astara rayonunun Şahağacı kənd sakini E.Nəsirovdan narkotik vasitələr götürülmüşdür
03.04.2020Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şahağacı kənd sakini E.Nəsirov 20 qram narkotik vasitə olan tiryəki satarkən saxlanılmışdır.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq 1 kiloqram 225 qram tiryək, 930 qramdan artıq metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.