Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
31.03.2020Martın 31-də saat 17 radələrində Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırmışdır. Nəticədə avtomobildəki sərnişinlər - qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölmüş, sürücü xəstəxanaya yerləşdirilmişdir.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.