Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakini R.Bayramov saxlanılmışdır
31.03.2020Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş R.Bayramov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 465 qram marixuana aşkar edilərək götürülmüşdür.