Qusar rayonundakı istifadə olunmayan çörəkbişirmə zavodunun gözətçi otağında Teymurşah Ağayevin küt alətlə qətlə yetirilmiş meyiti tapılmışdır
07.02.2008Fevralın 7-nə keçən gecə Qusar rayonundakı istifadə olunmayan çörəkbişirmə zavodunun gözətçi otağında, oranın gözətçisi Teymurşah Ağayevin küt alətlə qətlə yetirilmiş meyiti tapılmışdır. Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Ağayevi münaqişə zəminində qətlə yetirmiş rayon sakini Teymur Ağammədov tutulmuşdur.