Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.İsmayılov və Cəlilabad rayon sakini T.Fərəcov avtomobillə birgə saxlanılmışlar

30.03.2020

Martın 29-da Bakı şəhər sakini R.Qurbanovun “VAZ-21014” markalı avtomobilinin paytaxtın Nizami rayonu ərazisindən qaçırılması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olmuşdur.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı ŞBPİ DYPİ, 24-cü PŞ və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.İsmayılov və Cəlilabad rayon sakini T.Fərəcov Nərimanov rayonu ərazisində avtomobillə birgə saxlanılmışlar.

Araşdırma aparılır.