Avtomobildən 3000 manat dəyərində qızıl üzüyü oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Əliyeva saxlanılmışdır
24.03.2020Martın 23-də Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Əkbərov 2018-ci ilin martın 10-da rayon ərazisində “Mercedes” markalı avtomobilindən 3000 manat dəyərində qızıl üzüyünün oğurlandığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini A.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılmışdır.