Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini A.Şahmuradovdan 470 qram marixuana aşkar edilərək götürülmüşdür
24.03.2020Sumqayıt ŞPİ 5-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş A.Şahmuradov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülmüşdür.