Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağstafada polis qanunsuz saxlanılan silah-sursat aşkar edərək götürdü

13.03.2020

Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai kənd sakini T.Yaqubəliyevin evinin dam örtüyünün altında iki torbanın içərisində qablaşdıraraq gizlətdiyi “Kalaşnikov” avtomatı, ona aid 4 daraq, həmçinin 245 ədəd müxtəlif çaplı patronlar və 1 ədəd radiocihaz aşkar edilərək maddi sübut kimi götürülüb.

T.Yaqubəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Ağstafa Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.