Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Quliyev saxlanılmışdır
13.03.2020Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbii nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini V.Quliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 123 qramdan artıq tiryək, 75 qrama yaxın həşiş, 14 qrama yaxın heroin, 18 qrama yaxın metamfetamin, həmçinin metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla onun Cinayət Məcəlləsinin 206, 234 və 240-cı maddələri ilə axtarışda olması da müəyyən edilmişdir.