Xaçmaz rayon sakini Z.Mehrəliyevin evindən 12 kiloqramdan artıq mariuxana və 30 kiloqramdan artıq çətənə kolunun hissələri götürülmüşdür
08.03.2020Xaçmaz RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Mirzəmməd kəndində yaşayan əvvəllər məhkum olmuş Z.Mehrəliyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 12 kiloqram 964 qramdan çox mariuxana və 30 kiloqram 750 qram çətənə kolunun hissələri aşkar edilərək götürülmüşdür.