Xidmətçi işlədiyi kafedə paytaxt sakini R.İsmayılova qarşı soyğunçuluq törətmiş A.Nəsirova saxlanılmışdır
29.02.2020Fevralın 29-da Nəsimi rayonu A.Mustafayev küçəsində yerləşən kafedə orada xidmətçi işləyən Bakı şəhər sakini A.Nəsirova paytaxt sakini R.İsmayılova məxsus içərisində 4500 manat olan pul kisəsini və 2 ədəd mobil telefonu soyğunçuluq yolu ilə aparmışdır.
Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Nəsirova saxlanılmışdır.