Lənkəran rayonu ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən S.Əkbərov saxlanılmışdır
29.02.2020Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 14-də rayon ərazisindəki evlərin birindən 450 manat, 14000 rubl, mobil telefon və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Yuxarı Nüvədi kənd sakini S.Əkbərov saxlanılmışdır.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilmişdir.