İmişli şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
17.02.2020Fevralın 17-də saat 19 radələrində İmişli şəhərinin ərazisində şəhər sakini Əlibala Zeynalovun idarə etdiyi “İJ” markalı motosikletlə Oruclu kənd sakini O.Rzayevin idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş motosikletçi orada ölmüşdür.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.