Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

01.02.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Gürcüstan vətəndaşı Tamas Piriyevdən 30 qram heroin, DİN Çevik Polis Alayı və Nəsmi RPİ əməkdaşları Bakı şəhər sakini Yusif Əsgərovdan 0,265 qram heroin, Quba RPŞ əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Xalid Hacızadədən 0,8 qram tiryək, Sabirabad RPŞ əməkdaşları rayon sakini Abbas Zeynalovdan və Rafiq Quliyevdən 0,27 qram heroin və 2 ədəd şpris götürmüşlər. Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Fazil Zitayevdən 7 qram marixuana götürülmüş, onun evinə baxış zamanı əlavə 460,11 qram marixuana aşkar edilərək götürülmüşdür.