Bakı şəhər sakini Edqar Cəlilovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən N.Həsənov saxlanılmışdır
11.02.2020Fevralın 8-də saat 5 radələrində Nizami rayonunun R.Rüstəmov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Edqar Cəlilov vurulmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada fevralın 11-də orada ölmüşdür.
Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ 25-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Ravon” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini N.Həsənov saxlanılmışdır.