Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini X.Hüseynov saxlanılmışdır
08.02.2020Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki restoranların birindən 25 ədəd qapı, bar və santexnika aksesuarlarını sökürək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Hüseynov saxlanılmışdır.
Ətrafında aparılmış tədbirlərlə onun daha 1 həyətyanı sahədən və inşası başa çatmamış 1 evdən məişət əşyaları və inşaat materialları oğurlaması da müəyyən edilmişdir.