Sabunçu rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi
03.02.2020Fevralın 3-də saat 8 radələrində Sabunçu rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini F.Ömərov idarə etdiyi “Toyota Prado” markalı avtomobillə yolun kənarında dayanmış, həmin ərazidə xidmət edən DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı N.Məhərrəmovu vurmuş və idarəetməni itirdiyindən avtomobil Bakı şəhər sakini P.İsmayılovaya dəymişdir. Nəticədə polis əməkdaşı aldığı xəsarətlərdən hadisə yerində ölmüş, P.İsmayılovaya xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.