Bakı şəhər sakini Y.Zeynalov paytaxt sakini Ə.Əhmədzadədən hədə-qorxu yolu ilə tələb etdiyi 7000 manat puldan 2000 manatını alarkən saxlanılmışdır
30.01.2020Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində yanvarın 22-də Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Zeynalov paytaxt sakini Ə.Əhmədzadədən hədə-qorxu yolu ilə tələb etdiyi 7000 manat puldan 2000 manatını alarkən saxlanılmışdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.