Füzuli rayonu ərazisində “VAZ-2107” və “Hyundai” markalı avtomobillər toqquşmuşdur
18.01.2020Yanvarın 18-də saat 13 radələrində Füzuli rayonunun Aşağı Yağlıvənd kəndi ərazisində rayon sakini Vaqif Süleymanovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini M.Bədəlovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Nəticədə V.Süleymanov hadisə yerində ölmüş, digər sürücü və 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Füzuli RPŞ tərəfindən araşdırma aparılır.