Bakı şəhər sakini R.Aslanlının 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən M.Bəhramov saxlanılmışdır
18.01.2020Bakı ŞBPİ Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini R.Aslanlının 2 ədəd mobil telefonunu oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş M.Bəhramov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və mobil telefonlar götürülmüşdür.