DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

H.Məmmədova məxsus avtomobilin Gəncə şəhər sakini olan bir yeniyetmə tərəfindən qaçırılması müəyyən edilmişdir

17.01.2020

Yanvarın 17-də saat 16 radələrində Gəncə şəhəri ərazisindən şəhər sakini H.Məmmədova məxsus “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə Kəpəz RPİ-yə müraciət daxil olmuşdur.Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülmüş, avtomobil şəhərin D.Qorqud küçəsində ağaca vurulmuş halda tapılmışdır.Araşdırmalarla nəqliyyat vasitəsinin Gəncə şəhər sakini olan yeniyetmə tərəfindən qaçırılması, idarə edilərkən ağaca vurulması, özünün və sərnişini olan digər yeniyetmənin xəsarətlə xəstəxanaya yerləşdirilmələri müəyyən edilmişdir.Kəpəz RPİ tərəfindən araşdırmalar davam etdirilir.

17.01.2020 tarixinə olan kriminal məlumatlar