Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lökbatan qəsəbə sakini T.Əmirov saxlanılmışdır

17.01.2020

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lökbatan qəsəbə sakini T.Əmirov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yardımlı rayon sakinləri O.Kərimi və Z.Məmmədova da müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar. Onların qəsəbə ərazisində kirayədə yaşadığı mənzildən 1,1 kiloqrama yaxın heroin aşkar edilərək götürülmüşdür.

17.01.2020 tarixinə olan kriminal məlumatlar