Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini O.Əsgərov saxlanılmışdır

10.01.2020

DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini S.Cəfərov dekabrın 3-də tanımadığı şəxsin onu silaha oxşar əşya ilə hədələyərək “Hyundai” markalı avtomobilini almasını bildirmişdir.

Müraciətlə əlaqədar dərhal Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Qısa müddətdə avtomobili quldurluq yolu ilə alan şəxs polis əməkdaşları tərəfindən müəyyən edilmişdir.

DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı ŞBPİ DYPİ və 6-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Əsgərov idarə etdiyi “BMW” markalı avtomobillə birgə saxlanılmışdır.
Araşdırmalarla onun borclu şəxs qismində axtarışda olması da müəyyən edilmişdir.