Astara rayon sakini S.Rzayev “İJ-17” markalı tüfəngi satarkən saxlanılmışdır
06.01.2020Astara RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şiyəkəran kənd sakini, əvvəllər məhkum olunmuş S.Rzayev 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-17” markalı tüfəngi satarkən saxlanılmışdır. Ondan 2 ədəd patron aşkar edilərək götürülmüşdür.